...

Hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır - "PAŞA Bank" rəsmisi

İqtisadiyyat Materials 28 Yanvar 2026 10:48 (UTC +04:00)
Hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır - "PAŞA Bank" rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə bankın 17 725 590 ədəd səhmi var. Bunların təxminən 5%-i həcmində, yəni 932 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması planlaşdırılır.

Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov təmsil etdiyi bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.

"Hazırda emissiya prospektinin yekunlaşması səhmlərin qiymətinə və digər çərçivənin formalaşması işlərini aparırıq.Bu və digər şərtlər, o cümlədən bazar amili, investor marağı, qiymətləndirmə nəticəsi, beynəlxalq təcrübələr nəzərə alınacaq.

Əsas hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Səhmlərin satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar şəklində qurmağı planlaşdırırıq. Anderrayter "PAŞA Kapital" olacaq. Eyni zamanda hazırda biz digər broker şirkətləri ilə də danışıqlar aparırıq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti