Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 1,1 milyon manat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 53,2 milyon manat və ya 11,2% çoxdur.
Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,73%-ə bərabər olub.
Dövr ərzində regiona qoyulmuş kreditlərin 525,945 milyon manatı milli valyutada, 531 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 2 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17 milyon manat və ya 2,8 dəfə artaraq 26,516 milyon manata bərabər olub.
Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,42% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 17,484 milyon manatı milli valyutada, 9,033 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyon manata çatıb.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 30,063 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyon manat və ya 1,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat və ya 9,4% çoxdur.
