...

Azərbaycan ötən il qızıl ixracından 326 milyon dollar gəlir əldə edib

İqtisadiyyat Materials 30 Yanvar 2026 10:56 (UTC +04:00)
Azərbaycan ötən il qızıl ixracından 326 milyon dollar gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 114,4 milyon ABŞ dolları və ya 54% çoxdur.

Təkcə dekabrda isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,9% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti