...

AYİB 2025-ci ilin sonuna Azərbaycandakı layihə portfeli barədə məlumat təqdim edib

İqtisadiyyat Materials 14 Fevral 2026 12:12 (UTC +04:00)
AYİB 2025-ci ilin sonuna Azərbaycandakı layihə portfeli barədə məlumat təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-ci ilin yanvar ayının sonuna olan vəziyyətə görə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı layihələr portfeli 895 milyon avro təşkil edir və 36 layihəni əhatə edir.

Trend AYİB-ə istinadən xəbər verir ki, bankın həmin layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 686 milyon avro civarında qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faiz təşkil edir.

AYİB Azərbaycanda fəaliyyətə başladığı andan etibarən ölkə iqtisadiyyatına 3,612 milyard avro yatırım edib. Ayrılmış vəsaitin ümumi dəyəri 3,356 milyard avrodur.

İndiyə qədər AYİB Azərbaycanda 201 layihənin həyata keçirilməsinə dəstək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti