...

Səfir: "ABŞ Azərbaycanın ÜTT-yə qəbul olmasını dəstəkləməyə hazırdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 20:01 (UTC +04:00)
Səfir: "ABŞ Azərbaycanın ÜTT-yə qəbul olmasını dəstəkləməyə hazırdır"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi arsında keçirilən görüş zamanı qarşılıqlı münasibətlər, inkişaf perspektivləri, həmçinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələləri müzakirə olunub.

Babayev məlumat verib ki, Azərbaycanın ÜTT-yə qəbulunu sürətləndirmək məqsədilə milli qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması məqsədilə bir sıra sənədlərə əlavə və dəyişikliklər olunub. Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın 8 iclası keçirilib.

Gürcüstan, Moldova, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli danışıqlar başa çatıb. Hazırda Avropa İttifaqı, Yaponiya, Kanada, Cənubi Koreya, Çinin Tayvan əyaləti və Amerika Birləşmiş Ştatları ilə mal və xidmətlərə dair ikitərəfli danışıqlar aparılır.

Babayevin sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlük prosesində lazımı tədbirlərin həyata keçirilməsi üçün bu il dövlət büdcəsindən təqribən 265 min manat ayrılıb, 2008-ci ildə isə bu məqsədlə 800 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

Dersinin sözlərinə görə, ABŞ həm Komissiyaya, həm də İqtisadi İnkişaf Nazirliyinə bu sahədə hər cür yardım göstərməyə hazırdır.

Dersinin verdiyi məlumata görə, Azərbaycanın ÜTT-yə daxil olması prosesinə texniki yardım göstərmək məqsədilə indiyədək ABŞ hökuməti tərəfindən 3 mln. ABŞ dolları həcmində texniki yardım ayrılıb.

Azərbaycanın ÜTT-yə üzv olması prosesi ilə bağlı ABŞ-ın maliyyə dəstəyi ilə layihə hazırlanıb və bu layihə çərçivəsində gələcəkdə də ABŞ Azərbaycanı dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti