...

Dövlət Baytarlıq Xidməti Azərbaycanın Bərdə rayonunda xırda buynuzlu mal-qarada qara yaranın olmadığını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Bərdə rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı ərazidə xırda buynuzlu mal-qaradan götürülən nümunə əsasında aparılan labaratoriya tədqiqatları heyvanlarda qara yara xəstəliyinin mövcud olmadığını təsdiq edib.

Çərşənbə günü Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, bu ilin birinci yarısında Bərdədə və Azərbaycanın digər regionlarında qeydə alınmış bütün heyvanlar qara yaraya qarşı peyvnd edilib.

Dövlət Xidməti tərəfindən Bərdənin bu ərazisindən torpaq nümunələri götürülüb. Labaratoriya tədqiqatları aparılır, nəticə həftənin sonunda elan olunacaq.

Əvvəllər Bərdə rayonunun Ləmbəran kəndində müvəqqəti məskunlaşan təxminən 10 məcburi köçkündə qara yaranın xarici əlamətini xatırladan yolxucu virus aşkarlanıb.

Onların bu xəstəliyə xırda buynuzlu heyvanlardan yoluxması güman ollunur. Dövlət Baytarlıq Xidmətinin apardığı labaratoriya tədqiqatları bu xəstəliyin xırda buynuzlularla heç bir əlaqəsi olmadığını aşar etdi.

Xəbər lenti

Xəbər lenti