Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Çərşənbə günü deputat, İqtisadi Məsələlər üzrə Parlament Komissiyasının üzvü Vahid Əhmədovun verdiyi məlumata görə, "Sığorta haqqında" yeni qanun layihəsinə parlamentin payız sessiyasında oktyabrın 9-u baxılacaq.
Qanun layihəsi parlament komissiyasının birinci oxunuşuna sentyabrın 18-i tövsiyə olunub.
Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Səğorta Nəzarəti şöbəsinin rəisi Namiq Xəlilovun əvvəllər verdiyi məlumata görə, sığorta haqqında yeni qanun layihəsi beynəlxalq sığorta fəaliyyəti və sığorta nəzarəti təcrübəsi əsasında hazırlanıb və mövcud qanunla müqayisədə bu bugünkü iqtisadiyyatın tələblərinə cavab verir.
Hazırda fəaliyyət göstərən qanun 1997-ci ildə qəbul olunub.