...

Bakı Fond Birjasında əlavə DQİ yerləşdirilməsi həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 03:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300117S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişin nominal üzrə ümumi məbləği 1 152 200 manat təşkil edib. Sifariş 95.18% (gəlirlik 10.44%) qiymətdə təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.18% (gəlirlik 10.44%) orta ölçülmüş qiymət - 95.18% (gəlirlik 10.44%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən olunub.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 152 200 manat məbləğində müəyyən edilmişdir. İstiqraz vərəqələrinin ödəmə tarixi 28 Mart 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti