...

Azərbaycan rayonunda yeni sement zavodu tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Azərbaycanın Qazax rayonunda illik istehsal gücü 1 mln. ton olan sement zavodu tikilir. Bu barədə Qazax rayon İcra Hakimiyyətinin başçısı Qurban Babayev məlumat verib.

Zavodun tikintisinin 2008-ci ilin sonunda yeknlaşdırılması planlaşdırılır.

Onun sözlərinə görə, "Akkord" şirkətlər qrupu tərəfindən tikilən zavodda 700-800 nəfər işlə təmin olunacaq.

Babayev tikintiyə ayrılan vəsaitin həcmi barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti