...

ISR Holding rəhbəri: "Bakıda yeni ticarət mərkəzinin tikintisinə qoyulan investisya təqribən 18 mln. dollar təşkil edib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 20:18 (UTC +04:00)
ISR Holding  rəhbəri:  "Bakıda yeni ticarət mərkəzinin tikintisinə qoyulan investisya təqribən 18 mln. dollar  təşkil edib"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Bakıda "Fəvvarələr meydanı"nda ticarət mərkəzinin tikintisinə qoyulan investisiya təqribın 18 mln. dollar təşkil edir. Bunu cümə günü mərkəzin açılışında iştirak edən ISR Holding rəhbəri İsgəndər Xəlilov bildirib.

Xəlilovun sözlərinə görə, təqribən bir ilə tikilən ticarət mərkəzində 42 mağaza, iki kafe var. Ticarət mərkəzi əməkdaşlarının sayı 250 nəfərdir.

"Biz qoyulan investisiyanı ən azı beş ildən sonra götürməyi planlaşdırırıq",-deyə Xəlilov bildirib.

Xəbər lenti

Xəbər lenti