Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Memarlıq və Inşaat , Azərbaycan Texniki Universitetinin tələbə və məzunları üçün keçirilən əmək yarmarkası nəticəsində, 239 nəfər işə qəbul olunub. Bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq Idarəsindən məlumat verilib. Yarmarkada 412 iş yeri ilə 84 işəgötürən şirkət iştirak edib ki, bu yerlərə də 971 nəfər iddia edib. İdarədən bildirblər ki, digər ali məktəblər üçün də anoloji yarmarkaların keçirilməsi imkanı nəzərdən keçirilir.