...

Nazir: "Azərbaycanda inflyasiyaya daha çox xarici amillər təsir edir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 16:28 (UTC +04:00)
Nazir: "Azərbaycanda inflyasiyaya daha çox xarici amillər təsir edir"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Ölkədə inflyasiyanın səviyyəsinin dəyişməsinə daxili amillərdən daha çox dünya hadisələri təsir edir. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev söyləyib.

"Ölkə daxilində istehlak qiymətlərinin artımı daha aşağıdır. Azərbaycana ixrac edən ölkələrin məhsullarının qiymət artımı istehlak qiymətlərinə daha çox təsir edir".-deyə nazir söyləyib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, doqquz ayın yekunlarına əsasən, inflyasiya 16 faiz təşkil edir.

Azərbaycan yanvar-sentyabr aylarında 532 mln. dollar məbləğində mal ixrac edib, idxalsa 123,3 mln. dollar dəyərində olub. Bu dövr ərzində Azərbaycan 134 ölkə ilə ticarət əməliyyatları aparıb. 2200 adda məhsul ixrac olunub, 6300 adda məhsul isə idxal olunub. Nazirin sözlərinə görə, hökumət istehlak qiymətlərinin süni şəkildə artırılmasına qarşı inzibati tədbirlər görür.

Beynəlxalq Valyuta Fondu 2008-ci ildə Azərbaycanda ÜDM artımını, 2007-ci ilkdəki 29,3 faizə qarşı, 23,2 faiz proqnozlaşdırır. BVF-nin proqnozlarına əsasən, 2008-ci ildə Azərbaycanda inflyasiya, 2007-ci ildəki 16,5 faizə qarşı, 17 faiz olacaq.

2008-ci ildə Azərbaycanda cari ödəmə balansı, ÜDM-ə nisbətdə, 2007-ci ildəki 31,4 faizə qarşı 39,9 faiz həcmində göstərilir.

Xəbər lenti

Xəbər lenti