Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda 174,1 mln. manat məbləğində 47834 kiçik müəssisə və obyekt özəlləşdirilib.
Məlumatda o da bildirilir ki, ümumi məbləği 18,2 mln. manat olamaqla, 1653 kiçik müəssisə ölkənin regionlarında özəlləşdirilən obyektlərin payına düşür.
Doqquz ay ərzində, ümumi məbləği 4 mln. manat olmaqla, 493 dövlət müəssisəsi özəlləşdirilib. Ümumi dəyəri 45 mln. manat olan 153 Səhmdar Cəmiyyəti isə, hərraca çıxarılıb.
Doqquz ay ərzində ölkə əhalisi tərəfindən, ümümi sahəsi 740, 5 min kvadrat metr olmaqla, 11,3 min mənzil özəlləşdirilib.