Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Cümə günü Prosessinq mərkəzinin rəhbəri Cəlal Orucov bildirib ki, "Millikart" MMC İranın Melli İran Bank - ının Azərbaycandakı filialı ilə plastik kartların buraxılmasına hazırlığa dair müqavilə imzalayıb.Nəticədə, "Millikart" vasitəsilə xidmət göstərən bankların sayı 11 - ə çatacaq. Melli İran Bank kartların emissiyasına növbəti ildən, yerli kartlardan başlayacaq. Prossesinq mərkəzi isə, paralel olaraq, Melli İran Bank - ın üzvlüyünə qəbul olunması üçün, beynəlxalq ödəmə sistemi olan MasterCard və Visa İnternational ilə danışıqlar aparacaq. Orucov hesab edir ki, bu ödəmə sistemləri belə məsələlərə daha loyal yanaşırlar və istisna deyil ki, İran bankının filialı bu sistemlərdən, heç olmasa birində təqdim ediləcək (İranın nüvə və raket proqramlarına xidmətə görə, ABŞ Melli İran Bank - a münasibətdə sanksiyalar tətbiq edib, ödəmə sistemlərinin qərargah mənzilləri isə, Vaşinqtonda yerləşir) . Digər tərəfdən, "Millikart" rəhbərinin fikrincə, böyük xərcləri olduğundan, bank bu gün beynəlxalq ödəmə sistemlərində iştiraka hazır deyil. Bu sistemlərdən hər birinə qoşulma xərci 50 - 60 min dollar təşkil edir. Milli Bank mərkəzin 18 bankın idarəsinə verilməsi haqqında təsisat müqaviləsi imzalayıb. Mərkəzin Nizamnamə Fondu 4 mln. manat səviyyəsində formalaşdırılıb. Mərkəzin yaradıcıları Atabank, Azərdəmiryolbank, AzerturkBank, Bank of Baku, Azərbaycan Sənye Bankı, Debut Bank, Əmrah Bank, Xalqbank, Kredobank, Azərbaycan Mikro Maliyyələşdirmə Bankı, Parabank, Rabitəbank, Bank Respublika, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbank - dır.