...

KfW Azərbaycanda aqromaliyyələşdirmə üçün kredit təşkilatlarının adlarını elan edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Bu gün KfW Almaniya İnkişaf Bankının layihələrin maliyyələşdirilməsi üzrə meneceri Mixael Yinçikin Bakıya səfəri başlayır. Səfərin gedişində Azərbaycanın kənd yerlərinin aqromaliyyələşdirilməsində iştiraka cəlb olunmuş bank və qeyri-bank kredit təşkilatlarının adlarının elan ediləcəyi gözlənilir. Layihənin dəyəri 5 mln. avrodur. Bu barədə çərşənbə axşamı KfW - in Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib. Kredit müqavilələrinin imzalanmasının bu səfərin gedişində baş tutacağı istisna deyil. Hər şey Yinçikin gətirməli olduğu müqavilələrin hazırlığından asılıdır. Belə ki, KfW bank sistemi vasitəsilə, kreditlərin birbaşa verilməsinə hazırlaşır. Abdullayev, Yinçikin layihəyə cəlb olunacaq bank və kredit təşkilatları ilə görüşlər keçirəcəyini bildirib. Layihələrin əvvəlcə bankların müzakirəsinə verilməsi, sonra isə, imzalanması mümkündür. Məsləhətçilərin 2006-cı ildə apardıqları araşdırmalarına əsasən, Şəki, Lənkəran və Gəncənin kənd yerləri seçilib. Lakin layihənin birinci mərhələsində əhatə edildikləri üçün Şəki-Zaqatala və Qazaxın kənd yerləri öyrənilib. Daha əvvəl KfW - nin Avropa və Qafqaz üzrə vitse - prezidenti Roland Siller, növbəti ilin yayından ilk kreditlərin verilməsinin ehtimal edildiyini bildirib. Onun sözlərinə görə, maliyyələşdirmə üçün KfW - nin subordinasiya kreditləri ayıracağı ayrı - ayrı maliyyə institutları seçiləcək. Belə kreditlər ikinci səviyyəli kapitala aid edilsə də, onlar kənd əhalisinə kredit vermək üçün nəzərdə tutulub. " Biz kiçik məbləğlərdən başlayacağıq və bununla əlaqədar olaraq, bu sahədə təcrübəsi olan qeyri-bank sektorunun institutları - qeyri - hökumət təşkilatları ilə işləmək istəyirik. Bu, özünü inkişaf etdirən ya da banka çevrilmək yolunda olan qeyri-kredit təşkilatları da ola bilər"- Siller bildirib. Onun sözlərinə görə, Azərbaycanda kommersiya banklarından yalnız biri kənd yerində işləmək razılığını bildirib. Kredit şərtləri bankların Almaniya-Azərbaycan Fondu tərəfindən maliyyələşdirilməsinin şərtləri ilə oxşar olacaq.

Xəbər lenti

Xəbər lenti