...

Kadr çatışmazlığı Azərbaycanda tikinti sektoruna mane olur - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2007 12:10 (UTC +04:00)
Kadr çatışmazlığı Azərbaycanda tikinti sektoruna mane olur - ekspert

Azərbaycan, Bakı/ " TrendCap " müxbir Ü.İsmayılova/ Azərbaycanın tikinti sektoru ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir. Bu barədə Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin aparıcı eksperti Tehran İsgəndərov bildirib. "Azərbaycanda tikinti bumunun müşahidə olunmasına baxmayaraq, kadr çatışmazlığı tikintiyə mane olur" İsgəndərov bildirib. Avqustda Bakıda tikilən bina uçub. Mütəxəssislərin rəyinə görə, buna səbəb keyfiyyətsiz materiallardan istifadə olub. Nəticədə ölkədə tikinti bazarının iştirakçılarına qarşı nəzarət gücləndirilib. İsgəndərov böyük miqdarda tikinti materialları istehsal edən şirkətlərin özlərinin bağlandığını qeyd edib. Bəzi şirkətlər istehsal etdikləri tikinti materiallarının keyfiyyətini yoxlamaq üçün laboratoriyalarını yoxlamağa başlayıblar. "Laboratoriya yaratmağa imkanı olmayan şirkətlər (çox hallarda kadr çatışmazlığı üzündən) FHN ilə bu idarənin laboratoriyalarında analiz üçün müqavilə bağlayırlar" o bildirib. Bahalı avadanlıqlar almağa imkanı olan şirkətlər yüksək keyfiyyətli 200-300 markalı sement istehsal edirlər. İsgəndərov ixtisaslı kadr çatışmazlığına görə şirkətlərin istehsal etdikləri materiallara nəzarət edə bilmədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti