...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 15:16 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0005 bənd möhkəmlənib (0,05 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84672 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 3-də (1 ABŞ dolları üçün 0,8470 manat), minimum isə dekabrın 6-7-də (1 ABŞ dollarına 0,8465 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
26noyabr 0,8475 3dekabr 0,8470
27noyabr 0,8474 4dekabr 0,8469
28noyabr 0,8473 5dekabr 0,8467
29noyabr 0,8472 6dekabr 0,8465
30noyabr 0,8471 7dekabr 0,8465
Həftə ərzində orta 0,8473 Həftə ərzində orta 0,84672

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,8445 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 3-də (1 ABŞ dollarına 0,8454 manat), minimum isə dekabrın 5-də (1 ABŞ dollarına 0,8443 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 3 dekabrda - 0,8454 AZN/USD məzənnəsi ilə $22,638 mln., 4 dekabrda - 0,8452 AZN/USD məzənnəsi ilə $3,905 mln., 5 dekabrda - 0,8443 AZN/USD məzənnəsi ilə $14,764 mln., 6 dekabrda - 0,8448 AZN/USD məzənnəsi ilə $7,816 mln., 7 dekabrda - 0,8453 AZN/USD məzənnəsi ilə $4,432 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
26noyabr 0,8475 3dekabr 0,8470
27noyabr 0,8474 4dekabr 0,8469
28noyabr 0,8473 5dekabr 0,8467
29noyabr 0,8472 6dekabr 0,8465
30noyabr 0,8471 7dekabr 0,8465
Həftə ərzində orta 0,8473 Həftə ərzində orta 0,84672
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
26noyabr 0,8472 3dekabr 0,8454
27noyabr 0,8459 4dekabr 0,8452
28noyabr 0,8465 5dekabr 0,8443
29noyabr 0,8458 6dekabr 0,8448
30noyabr 0,8456 7dekabr 0,8453
Həftə ərzində orta 0,8462 Həftə ərzində orta 0,8445

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 12 manat səviyyəsində qalıb.

Dekabrın 3-də EUR/AZN T+0 aləti üzrə 559 035 manata bərabər həcm müəyyən olunub. Örta ölçülü məzənnə 1 EUR üçün 1,2421 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sbir manat aşağı düşüb və keçən həftənin 15 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin istifadə müddəti daha ikik il - 2010-cu il yanvarın 1-nə qədər uzadılıb.

Xəbər lenti

Xəbər lenti