...

Dekabrın 29-30-u üçün Azərbaycanın şimal istiqamətində dəmir yolu reyslərinə biletlər tam olaraq satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 15:29 (UTC +04:00)
Dekabrın 29-30-u üçün Azərbaycanın şimal istiqamətində dəmir yolu reyslərinə biletlər tam olaraq satılıb

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (DDYİ) qarşıdan gələn yeni il bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə çərşənbə axşamı DDYİ-dən məlumat verilib. Dəmir Yolu İdarəsindən həmçinin bildiriblər ki, sərnişinlərin təhlükəsizliyi məqsədi ilə də tədbirlər gücləndirilib.

İdarə nümayəndəsinin sözlərinə görə, dekabrın 29-30-da ölkənin şimal istiqamətində hərəkət edəcək qatarların biletləri artıq satılıb. Böyük sərnişin kütləsinin daşınması üçün qatarlara əlavə vaqonlar qoşulur.

"Digər günlər üçün (29-30 dekabr istisna olmaqla) biletlər hələ ki, var. Hər ehtimala qarşı bu qatarlara da əlavə vaqonlar qoşulacaq" - deyə DDYİ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti