...

"Bank Respublika"-dan "Paris səyahəti" kampaniyasının qalibləri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "Bank Respublika"nın çərşənbə günü yaydığı məlumatda bildirilir ki, 24 dekabr 2007-ci il tarixində Bank Respublika-nın baş ofisində müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin və Bankın plastik kart müştərilərinin iştirakı ilə "Paris səyahəti" uduş kampaniyasının mükafatlarının oynanılması mərasimi keçirilib.

Dekabrın 24 - də Bank Respublika-nın baş ofisində müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin və Bankın plastik kart müştərilərinin iştirakı ilə "Paris səyahəti" uduş kampaniyasının mükafatlarının oynanılması mərasimi keçirilib.

Kampaniyada Bank Respublika-nın MasterCard, Maestro və VISA plastik kartlarının istifadəçiləri iştirak edirdilər. Bu ilin 1 avqust tarixindən 1 dekabr tarixinədək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya avro həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunurdu.

Bank Respublika mütəmadi olaraq plastik kart müştəriləri arasında uduş kampaniyaları keçirir. "Paris səyahəti" kampaniyasınadək Bank Respublika-nın plastik kart müştəriləri "Maldiv sərgüzəştləri", "Vyanaya Yeni il səyahəti", "Kipr səyahəti", "Misirə doğru", "Dubay səfəri", "Almaniyaya Futbol üzrə Dünya Çempionatına Səyahət" və "İtaliya səyahəti" kampaniyalarında da iştirak ediblər.

Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Bank Respublika-nın kartları ilə, sadəcə, iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq olar.

Yaxın vaxtlarda Bank Respublika plastik kart müştəriləri arasında yeni uduş kampaniyasını elan etməyi planlaşdırır və bu kampaniyanın da əsas mükafatı xaricə səyahət olacaqdır.

Xəbər lenti

Xəbər lenti