...

Azərbaycan taxıl idxalından imtina etmək niyyətindədir-nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2008 18:16 (UTC +04:00)
Azərbaycan taxıl idxalından imtina etmək niyyətindədir-nazir

Azərbaycan, Bakı/ " müxbir Ü. İsmayılova/ Azərbaycan hökuməti 2010-cu ilədək taxıl idxalından tamamilə imtina etmək niyyətindədir. Bu barədə bazar ertəsi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. "Əgər 2009-2010- cu illərdə ölkədə məhsuldarlıq 2007-ci ilin templəri ilə artsa, Azərbaycan taxıl idxalından tamamilə imtina edə biləcək" - nazir bildirib. Azərbaycan taxılı, əsasən, Rusiya, Türkiyə və Qazaxıstandan idxal edir. Ölkənin taxıla olan illik təlabatı 3 mln. tondur. Bunun 1 mln. tonu idxal edilir. Azərbaycanın ərzaq taxılına olan illik təlabatı 1.53 mln. ton , aylıq isə, 129.64 min tondur. Nazirin sözlərinə görə, dekabrın sonunadək yaz mövsümü üçün 880.34 min ha sahədə taxıl səpini həyata keçirilib. Bunun 603.96 min ha ərzaq taxılıdır və bu, 2008-ci ildə taxıl istehsalını 250-300 min ton artırmağa imkan verəcək. Abbasov bildirib ki, 2008-ci ildə Azərbaycan öz taxıl ehtiyatlarını artırmağa nail olacaq, lakin idxalı dayandıra bilməyəcək. Onun sözlərinə görə, yanvarın əvvəlindəki qar 2008-ci ildə yüksək məhsuldarlığa təminat verir. Son üç gündə Azərbaycanda aylıq normanın yüz faizi qədər qar yağıb.

Xəbər lenti

Xəbər lenti