...

Azərbaycanın 2008-ci ildə DTT-yə üzv olması perspektivi qaranlıqdır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2008 18:19 (UTC +04:00)
Azərbaycanın 2008-ci ildə  DTT-yə üzv olması perspektivi qaranlıqdır - ekspert

Azərbaycan, Bakı, 11 yanvar / Trend /Keçən il Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq üçün səy göstərməsi və bu məsələnin canlandırmağı təqdirəlayiq haldır. DTT haqqında biznes-birlikdə, elmi müəssisələrdə, hətta məişətdə danışırlar. DTT-nin abbreviaturası ÜDN kimi tanınmağa başlayıb.

Lakin Azərbaycanın 2008-ci ildə DTT-nə üzv olması qaranlıq məsələdir. Ölkə rəhbərliyinin milli qanunvericiliyi DTT-nin standartlarına uyğunlaşdırmaq cəhdlərinə baxmayaraq, bu proses sona çatdırılmayıb. Layihədə 40 yeni huquqi aktın hazırlanması və qüvvədə olan normativ-hüquqi aktlara dəyişikliklər edilməsi nəzərdə tutulub. Lakin Nazirlər Kabineti yalnız 5 sənəd, parlament isə, bu qovluqdan bir neçə qanun qəbul edib. Paralel olaraq, DTT Katibliyinə ölkə qanunvericiliyinin Təşkilatın standartlarına uyğunlaşması səhəsində 17 qərar layihəsi təqdim olunub.

Mallara tarif təklif edilməsi tərəflər arasında narazılıq törədən məsələlərdən biridlir. Azərbaycan maksimal gömrük vergi tarifini 15 faizdən aşağı etmək fikrində deyil. DTT üzvləri isə, vergi tarifinin aşağı salınmasını tələb edirlər. Bu məsələyə görə, keçən il danışıqların beşinci mərhələsi reallaşmayıb.

Bu günə qədər Azərbaycan DTT ilə dörd görüş keçirib. İlk iki görüş əcnəbi ticarət rejiminin müzakirəsinə həsr edilib. 2005-ci ildən başlayaraq, Azərbaycan geniş muzakirələrə başlayıb. İkitərəfli danışıqlar Azərbaycan bazarına mal və xidmətin daxil olunması, çoxtərəfli danışıqlar isə, bu sahədə kənd təsərrüfatının və pul köməyinin daxili dəstəyi mövzusunda aparılır.

Azərbaycan təşkilata inkişaf edən ölkə kimi üzv olmağa razıdır. Belə ki, bu statusu alan ölkənin kənd təsərrüfatının maliyyə yardımına 10 faiz güzəşt edilir. Lakin bu statusun verilməsinə DTT-nin bir çox üzv-ölkələri razılaşmır.

Uruqvay müqaviləsində müzakirə edilən Azərbaycanın sektor təşəbbüsünə birləşməsi məsələsi də həll edilməyib. Bu könülü olsa da, DTT-yə üzv ölkələr bu təşəbbüsə qoşulmaqda maraqlıdılar. Buna görə də, Azərbaycan bu təşəbbüsə qoşulmaq mövqeyini dəqiqləşdirməlidir.

Deməli, problemlər hələ qalmaqdadır. Azərbaycan DTT-nin tələblərinə görə, hələ bir neçə mərhələdə danışıqlar aparacaq. Bu da illərlə Azərbaycanın bu təşkilata üzv olmasını gecişdirəcək.

Ellada Xankişiyeva - Trend Analitik Mərkəzin eksperti

Xəbər lenti

Xəbər lenti