...

Amerika bankı Azərbaycanda nümayəndəliyinin açılmasına icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankının İdarə heyəti cümə günü Amerikanın Citibank-nın ölkədə nümayəndəlik açmasına icazə verib. Bu barədə AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət üzrə Departamentinin direktoru Adışirin Qasımov məlumat verib.

Bu gün ölkədə iki xarici bankın-Latviyanın Parex Bank və Almaniyanın Commerz Bank-ının nümayəndəlikləri fəaliyyət göstərir.

AMB ölkənin bank bazarına brend banklarının gəlməsini alqışlayır. Buna görə onların sənədlərinə baxılmasına bank qanunvericiliyi ilə tələb olunandan az vaxt (sənədlər hazır olduğu halda) sərf edilə bilər. Belə hal Citibank və Commerz Bankla baş verib.

Qasımovun sözlərinə görə, xarici bankların Azərbaycanın maliyyə bazarına daxil olmağa marağı böyükdür. Fransanın Societe General, Rusiyanın "Vneştorqbank"-ı yerli banklarda iştirak payı almaq, TBC Bank (hələ ki, SOA Credit bank olmayan kredit təşkilatının səhmlərinin 75%-ni alıb) isə, filial açmağa maraq göstərib.

Xəbər lenti

Xəbər lenti