Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın sığorta bazarında iri sığorta şirkətlərindən biri olan "Standard Insurance" ASC 2002-ci ildə təsis edilib. Şirkət sığortanın 28 növü üzrə xidmət göstərir ki, onlardan dördü icbaridir. Standard Insurance - birincidir və bu gün Azərbaycanın beynəlxalq reytinqə malik olan, həmçinin, Lloyds brokerinin Security List-ə daxil olan yeganə sığorta şirkətidir. Şirkətin ötən ilki nailiyyətləri və yaxın gələcəkdəki planları barədə "Standard Insurance"ın idarə heyətinin sədri Kamal İbrahimovun Trend a eksklüziv müsahibəsi:
- Sığorta Şirkəti 2007-ci ildə nəyə nail olub?
- 2007-ci ildə şirkətin nailiyyətləri arasında, hər şeydən əvvəl, Nizamnamə kapitalının 8 mln. manata qədər - ikiqat artımını göstərmək olar. Bunun nəticəsində biz Nizamnamə kapitalının həcmi üzrə liderlər üçlüyünə daxil olmuşuq. Yeri gəlmişkən, 2008-ci ildə biz Nizamnamə kapitalını daha çox artırmağa hazırlaşırıq.
Ötən il "Standard Insurance" şirkəti növbəti dəfə ISO 9001:2000 keyfiyyət sertifikatına uyğunluğunu təsdiq etdi. Nəhayət, 2007-ci il, Azərbaycanın maliyyə bazarında ən yüksək reytinq - B1 (Pozitiv) beynəlxalq reytinqinin əldə edilməsi kimi mühüm hadisə ilə yadda qalıb. Reytinq Moody`s Investors Services Agentliyi tərəfindən alınıb.
Ötən il, həmçinin, "Standard Insurance"ın ölkə hüdudlarından kənarda (Gürcüstanda) filialını açılması barədə elan verən ilk Azərbaycan sığorta şirkəti olması ilə yadda qalıb. Hazırda inzibati məsələlərin həlli prosesi başa çatmaq üzrədir. Belə ki, yaxın iki ay ərzində artıq fəaliyyətə başlayacaq.
2007-ci ildə biz 2,8 mln. manatdan çox sığorta ödəməsi ilə yanaşı, 14 mln. manatdan yuxarı sığorta haqqı toplamışıq. Faiz nisbətində toplanan vəsaitlərin illik artımıı təxminən 70 faiz təşkil edib.
- Əldə olunan reytinq Şirkət üçün hansı əhəmiyyətə malikdir?
- "B1(pozitiv)" reytinqi, hər şeydən əvvəl, maliyyə stabilliyinin göstəricisidir. Bu, dünya səviyyəsində sığorta şirkətlərinin iri sığorta risklərinin təkrar sığortası sahəsində əməkdaşlığa cəlb etməyi asanlaşdıracaq. Yeri gəlmişkən, yaxın perspektivdə şirkətin planına reytinqin daha yüksək səviyyədə yenilənməsi daxildir.
- 2008- ci ildə Şirkətin hansı planları var?
Yeni reytinqin əldə eliməsi planını artıq qeyd etdik. Bundan əlavə, 2008-ci ildə biz yığımları əhəmiyyətli dərəcədə artırmaq və onları 22 mln. manata çatdırmaq niyyətindəyik. Şirkət həm ölkə daxilində, həm də xaricdə genişlənmək niyyətindədir. Gürcüstanın ardınca, biz bundan sonra da Azəbaycanın hüdudlarından kənarda törəmə sığorta şirkətləri şəbəkəsini genişləndirəcəyik.
Sonda onu deyə bilərəm ki, tezliklə biz Azərbaycan üçün nadir olan bir sıra sığorta məhsulları və xidmətləri təklif edəcəyik. İşlənmə mərhələsində olduğundan, bu barədə danışmaq hələ tezdir.