...

Fitch Ratings Azərbaycan bankında "B-" reytinqi, "Stabil" proqnozu verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 20:33 (UTC +04:00)
Fitch Ratings Azərbaycan bankında "B-" reytinqi, "Stabil" proqnozu verib

Azərbaycan, Bakı, 06 fevral/ Trend / Bu gün Fitch Ratings Azərbaycanın Texnika Bank-a "Stabil" proqnozla "B-" (B minus) uzunmüddətli emitent defoltu reytinqi ("EDR"), qısamüddətli EDR "B", "D/E" fərdi reytinq, "5" dəstək reytinqi və "dəstək səviyyəsi yoxdur" uzunmüddətli EDR-in dəstəklənməsi reytinqi verib.

Fitch Ratings-in məlumatında Texnika Bankın reytinqlərinin bankın beynəxalq standartlara görə kiçik ölçüsünü, aktivlərin çox sürətli artması ilə bağlı riskləri, borc götürənlər üzrə nəzərəçarpan təmərküzləşmə, potensial zəif likvidlik və böyük müştəri kassa əməliyyatlarının həcminə görə, mümkün tənzim edilən riskləri özündə əks etdirdiyi deyilir. Eyni zamanda, reytinqlər yaxşı mənfəət və kreditlərin qiymətdən düşməsinin bu gün üçün orta səviyyəsini diqqətə alırlar.

2004-cü ildən 2007-ci ilin üçüncü rübünədək olan dövrdə Texnika Bankın mənfəət göstəriciləri yaxşı səviyyədə olub. Əsas etibarilə, kassa əməliyyatlarından gələn komisyon gəlirdən əhəmiyyətli asılılıq qalmaqda davam edir. Kredit portfelinin artım templəri çox yüksək - 2007-ci ilin doqquz ayı ərzində 180 faiz (2006-cı ildə 71 faiz) olub və həm pərakəndə, həm də korporativ kreditləşmə ilə şərtlənir. Hesabatlılığa əsasən, aktivlərin keyfiyyəti eyni qalıb.

2007-ci ilin üçüncü rübündə bütün kreditlərin 1,3 faizi problemli kreditlərin payına düşüb. Bununla yanaşı, kredit portfeli vaxtlı vaxtında əhəmiyyətli dərəcədə yoxlanılmayıb. Borclar üzrə təmərküzləşmə MDB ölkələri bankları üçün səciyyəvi, lakin beynəlxalq standartlar üzrə yüksəkdir.

Likvidlik aktiv və passivlərin təcili strukturunda əhəmiyyətli uyğunsuzluğa görə, potensial şəkildə zəifdir. 2007-ci ilin 9 ayının sonuna Basel I saizişi üzrə likvidlik göstəricisi birinci səviyyə kapital üçün 9,3 faiz, ümumi kapital üçün isə 13,8 faiz azalıb. 2006-cı ilin sonunda bu göstərici, müfaviq olaraq, 12,8 və 15,3 faiz təşkil edib.

Hazırda TexnikaBankın reytinqlərinin artması potensialı. çətin əməliyyat mühiti şəraitində biznesin çox sürətli genişlənməsi ilə əlaqədar, kreditlərin və risklərin davamsız tarixini nəzərə almaqla, məhddudur. Aktivlərin keyfiyyətinin saxlanılmasının müsbət tarixinin formalaşdırılması, kassa əməliyyatları üzrə komisyonlardan asılılığın ixtisar edilməsi hesabına, gələcəkdə strukturun yaxşılaşdırılması, korporativ idarəetmə keyfiyyətinin və kapitallaşmanın artırılması Texnika Bankın kredit ödəmə qabiliyyəti üçün müsbət faktorlar olacaq.

Kredit portfelinin vaxtlı -vaxtında yoxlanılması nəticəsində, kreditlərin verilməsi üzrə iri itkilər, həmçinin, nizamlanan riksin güclənməsi və ya artımının davam etməsi fonunda kapitallaşmanın sonrakı ixtisarı reytinqlərin azalmasına gətirə bilər.

2007-ci ilin sonunda Texnika Bank aktivlərinin həcminə görə, Azərbaycan bankları arasında dördüncü yeri tutub və onun payına bank sistemi aktivlərinin 6 faizi düşüb.

Xəbər lenti

Xəbər lenti