...

Azərbaycan İnvestisiya Şirkəti sement zavodunun modernləşdirilməsində investisiya həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir İ.Xəlilova / "Azərbaycan investisiya şirkəti" SC (AİŞ) "Garadagh Cement" zavodu kapitalında 10 faiz iştirak payı almaq üçün 13,7 mln. avro investisiya yatıracaq. Bu barədə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

Onun sözlərinə görə, "Garadagh Cement"in modernləşdirilməsi və yeni sement zavodunun tikintisi layihəsinin ümumi həcmi 327 mln. avro dəyərində qiymətləndirilir.

İnvestisiya şirkətinin zavodun səhmdarları sırasına daxil olması haqqında müqavilə fevralın 13-də imzalanacaq.

AİŞ-ə səhm zərfi müəssisənin əsas səhmdarı olan İsveçrənin "Holcim" şirkətinin iştirak payından veriləcək. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdarlar sırasına daxil olmasınadək bu şirkətin sərəncamında 89,4 faiz iştirak payı olub. 2006-cı ildə Avropa Bankının Direktorlar Şurası "Garadagh Cement"də 10 mln. dollar müqabilində 20 faiz iştirak payının əldə edilməsi barədə qərar qəbul etdi və ötən il AYİB səhmdarlar sırasına daxil oldu. Lakin Axundov bildirib ki, AYİB-dən əlavə investisiya yatırımı gözlənilmir.

Yenidənqurma işləri nəticəsində, fəaliyyətdə olan zavodun istehsal həcmi artacaq və "Garadagh Cement"in hazırki gücünü (1,4 mln. ton) ötəcək.

1,5 mln. ton gücündə olacaq yeni zavodun da Qaradağ rayonunda tikilməsi nəzərdə tutulub. Yeni layihədə iştirak üzrə ilkin şərtlər AYİB ilə "Garadagh Cement" arasında artıq imzalanıb.

İlkin hesablamalara görə, yeni sement zavodu 150 mln. dollar dəyərində qiymətləndirilir. İsveçrə "Holcim"i "Garadagh Cement" 1999-cu ildə özəlləşdirib.

Xəbər lenti

Xəbər lenti