...

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Amerika hökumətlərarası komissiyanın ikinci iclasının keçirilmə tarixi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ " , müxbir İ.Xəlilova, C. Babayeva/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Amerika hökumətlərarası komissiyanın ikinci iclası apreldə Vaşinqtonda keçiriləcək. Bu barədə bazar ertəsi ABŞ-ın Beynəlxalq inkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə koordinatoru Skott Teylor məlumat verib. [Əvvəllər iclas fevrala planlaşdırılmışdı].

Onun sözlərinə görə, komissiyanın 2007-ci il fevralın 7-də Bakıda keçirilən iclasının yekunlarına görə, beş layihə üzrə memorandum imzalanıb.

İclasda maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Belə ki, o, Azərbaycan tərəfindən komissiyanın həmsədridir. Amerika tərəfdən komissiyaya ABŞ dövlət katibinin müavini Daniyel Salivan başçılıq edir.

"Komissiyanın iclasının keçirilməsində əsas məqsəd Azərbaycan və ABŞ hökumətləri tərəfindən sosial-iqtisadi layihələrin reallaşdırılmasının birgə maliyyələşdirilməsidir" - Teylor bildirib.

Amerika-Azərbaycan münasibətləri üç sütun üzərində dayanır. Onlardan biri təhlükəsizliyin təmin edilməsi - qlobal terrorla mübarizədir. İkinci - energetika sahəsində təhlükəsizliyin təmin edilməsidir və bu məsələlər qarşıdakı görüşlərin gedişində müzakirə ediləcək. Üçüncü - iqtisadiyyat və demokratiya sahəsində islahatlardır. Komissiyanın birinci iclasında müzakirələr məhz dördüncü istiqamət üzrə yönəlib.

Ölkə iqtisadiyyatına yatırılan ümumi investisiyalarda xüsusi çəkisinə (23,9 faiz) görə ABŞ lider mövqelərdən birini tutur. 2007-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatında Amerika investisiyalarının ümumi həcmi $653,726 mln. təşkil edib.

Amerika tərəfi ticarətin inkişafının fəaliyyətin əsas istiqamətlərindən biri kimi qaldığını düşünür. Lakin gələcəkdə bu inkişaf kommersiya istiqamətində də davam etdiriləcək.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti