...

Azərbaycan avroistiqrazların debüt buraxılışı üçün dünya bazarlarında əlverişli şəraiti gözləməlidir – ekspert (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 18:32 (UTC +04:00)
Azərbaycan avroistiqrazların debüt buraxılışı üçün dünya bazarlarında əlverişli şəraiti gözləməlidir – ekspert (video)

Azərbaycan, Bakı, 15 fevral / Trend / Dünya maliyyə bazarlarında qeyri-sabitlik Azərbaycana mənfi təsir göstərir. Bu, ölkə hökumətinin avrobondların debüt buraxılışının dayandırmasıdır. Azərbaycanın Maliyyə Nazirliyindən bildirildiyinə görə, hazırda ölkə, avrobond buraxılışının təşkilinə dair fəal iş aparmır. Bu proseslə Azərbaycan Qiymətli Kağızlarının dünya maliyyə sisteminə daxil olması ləngiyir.

Əvvəlcə Azərbaycan hökuməti tərəfindən ilk avrobond emmisiyasının müddəti 2007-ci ilin sonu elan edilib. Yerləşdirmə üçün meydança qismində Dublin Fond Birjası, Lüksemburqda, Londonda, Nyu-Yorkda, Frankfurtda, həmçinin, Tokio və Sinqapurda bazarlar gözdən keçirilib.

Hökumətin ardınca, iri özəl banklar, Dövlət Neft Şirkəti, Azərbaycanın İnvestisiya Şirkəti öz avrobondlarını buraxmağa hazırlaşırlar. Onlar şəxsi Qiymətli Kağızlarının əcnəbi bazarlara çıxışı üçün baza şərtlərini müəyyən etməkdən ötrü, ilk dövlət avrobondlarının yerləşdirilməsini gözləyirlər.

Lakin bir çox ölkə fonduna çox böyük zərər gətirən dünya maliyyə böhranı, Azərbaycanı, qərar qəbul etmək üçün əlverişli vaxtı gözləməyə həvəsləndirib. Dünya maliyyə bazarlarında həyəcanlı meyllərin olması, Azərbaycanın ilk suveren avrobondlarının çıxış müddətini dəqiq proqnozlaşdırmağa imkan vermir. Dünya maliyyə bazarlarında, ilk növbədə, ABŞ-da, hələ ki, superriskli ipoteka böhranı inkişaf edir, bu da bir çox inkişaf etmiş ölkələrin maliyyə sisteminə mənfi təsir göstərir.

Amerika iqtisadiyyatının perspektivləri son vaxtlar pisləşib və bu, ABŞ Federal Ehtiyat Sisteminə (FES) növbəti dəfə baza faiz dərəcəsinin endirməsi xəbərdarlığıdır, - cümə axşamı ABŞ Senatının bank komitəsində dinləmələrdə məruzə ilə çıxış edən FES rəhbəri Ben Bernanke bəyan edib. ABŞ-da resessiya Avropa iqtisadiyyatının artım tempinin ləngiməsinə səbəb olacaq, - digər ekspert - Britaniyanın "Morgan Stanley" bankının icraçı direktoru və baş valyuta iqtisadçısı Stefan Cen (Stephen Jen) hesab edir.

Bu arada, neftin yüksək qiyməti, 2007-ci ildə Azərbaycanın yüksək büdcə profisiti yığmasına və valyuta ehtiyatlarını ikqat artırmasına imkan verib. Neftin qiyməti yüksək qalsa, hökümətin əcnəbi kapital bazarlarında vəsait toplamasına ehtiyac olmayacaq. Bu bir daha təsdiq edir ki, Azərbaycan hökumətinin avrobondların debüt buraxılışı ölkənin nüfuzunun artması və Avropa bazarlarına çıxışı ilə daha çox əlaqədardır, nəinki bu yolla borc vəsait almaq ehtiyacı ilə.

Azərbaycan avroistiqrazların debüt buraxılışı üçün dünya bazarlarında əlverişli şəraiti gözləməlidir. Daha yaxşı olar ki, bir-iki ay, uzağı bir il, gözləmək lazımdır ki, ilk buraxılış uğurlu olsun və Azərbaycana həm iqtisadi, həm də siyasi dividentlər gətirsin.

Ellada Xankişiyeva, Trend analitik mərkəzin eksperti

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - Ellada

Xəbər lenti

Xəbər lenti