...

Azərbaycanlılar xarici vəsait hesabına fəal şəkildə daşınmaz əmlak əldə etməyə başlayacaqlar – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 13:15 (UTC +04:00)
Azərbaycanlılar xarici vəsait hesabına fəal şəkildə daşınmaz əmlak əldə etməyə başlayacaqlar – ekspert

Azərbaycan, Bakı, 19 fevral / " , müxbir U.İsmayılova/ Azərbaycan İpoteka Fondunun fəaliyyətə başlaması Azərbaycanın daşınmaz əmlak bazarında fəallığın artmasına təsir göstərəcək. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

"Bazarda hazırkı qiymətlər potensial müştəri imkanlarına müvafiq deyil, buna görə bazara pul kütləsi buraxmaq lazımdır" - deyə İbrahimov vurğulayıb.

Təşkilatın məlumatına görə, yanvarda şəhərdə bir mənzilin orta qiyməti təxminən 107 min dollar təşkil edib.

Azərbaycanın İpoteka Fondu (AİF) vəsait çatışmazlığı səbəbindən 2007-ci ilin yayında kredit verilməsini dayandırıb. 2008-ci ildə dövlət büdcəsindən AİF-ə 35 mln. manat ayrılıb. Lakin Fond hələ ipoteka maliyyələşdirilməsinə başlamayıb.

Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmovun əvvəllər bildirdiyinə görə, fevral ayında bank hökumətə kommersiya ipotekasının canlandırılması və faiz dərəcəsinin (Fondun fəaliyyəti dövründə sosial ipoteka üzrə faiz dərəcəsi 4 faiz, kommersiya üzrə isə 8 faiz) artırılması barədə təkliflər zərfini təqdim edəcək. Rüstəmov artırılacaq faiz dərəcəsinin nə qədər olacağını dəqiqləşdirməyib. Onun fikrincə, bu, əsas makroiqtisadi baza göstəricilərindən asılıdır.

Azərbaycanda daşınmaz əmlak bazarının fəaliyyətinin azalmasına həmçinin avqust ayında Bakının mərkəzi küçələrindən birində 25 nəfərin ölümü ilə nəticələnən tikilməkdə olan 16 mərtəbəli binanın uçması təsir edib.

Milli Bank Fond tərəfindən ipoteka kreditinin maliyyələşdirilməsi üçün xarici vəsaitin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları (BMİ) ilə danışıqlar aparır. Fondun MFİ vəsaitləri hesabına kreditləri maliyyələşdirməyə başlamasından sonra "Əhali buna gedəcək və bazarın fəallığı əhəmiyyətli dərəcədə artacaq". İbrahimov bildirib ki, fevral ayında bazarın fəallığı yanvara nisbətdə 13 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti