...

BMK Azərbaycanda ipoteka kreditləşməsinin inkişafı üçün məsləhətçi cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir İ.Xəlilova/Beynəlxalq Maliyyə Korporasiyası "Sekyuritizasiya haqqında" Qanun layihəsinin hazırlanmasında Azərbaycan Milli Bankına (AMB) yardım üçün üçün məsləhətçi cəlb edir. Bu barədə çərşənbə axşamı BMK-nın Mərkəzi Asiyada ilkin ipoteka kreditləşməsi bazarının inkişafı layihəsinin maliyyə analitiki Azər Əliyev məlumat verib.

Korporasiya AMB nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fonduna kommersiya ipotekasının tətbiqində də texniki yardım göstərmək niyyətindədir. Əliyev bu yöndə işlərin başlanılması üçün məsləhətçi cəlb ediləcəyini qeyd edib.

İpoteka Fondu dövlət dəstəyindən əlavə, daxili və xarici bazarlardan da vəsait cəlb edəcək. AİF Maliyyə Korporasiyası ilə onun mülkiyyət formasının gələcək dəyişdirilməsi ilə Fondun fəaliyyətinin kommersiyalaşdırılmasını güman edən əməkdaşlıq üçün əsas istiqamətləri artıq müəyyənləşdirib.

Hazırda AİF-də subsidiyalaşmış ipoteka modeli tətbiq olunur ki, bu da ehtiyatlarla ipoteka maliyyələşməsini məhdudlaşdırır. Fond imkanların genişləndirilməsi və əlavə vəsaitlərin cəlb edilməsi üçün kommersiya ipoteka kreditləşməsi modelinin tətbiqinə hazırlaşır.

BMK-nın layihəsinin əhatə etdiyi beş ölkədən ipoteka kreditləşməsi sahəsində irəlidə gedən və ən böyük ipoteka portfelinə malik olan Qazaxıstandır. Digər ölkələr ipoteka bazarının inkişafının ilkin mərhələsindədirlər.

Azərbaycanda ipoteka kreditləri, əsasən, AİF vasitəsilə dövlət büdcəsi vəsaitləri hesabına verilib. (2008-ci il üçün dövlət büdcəsindən ipotekaya 34 mln. ayrılıb). Lakin buna baxmayaraq, ötən ildən bəzi banklar, öz ipoteka proqramları çərçivəsində, müstəqil şəkildə mənzil alqısını maliyyələşdirməyə başlayıblar.

Azərbaycan yeni modeli tətbiq edərkən, digər ölkələrin təcrübəsindən istifadə edə bilməz. Belə ki, Qazaxıstan dünya ipoteka böhranı ilə əlaqədar olaraq, problemlərlə üzləşib. Bu, qazax bankları tərəfindən vəsaitləri qısa müddətlə almalarına baxmayaraq, uzunmüddətli dövr üçün ipoteka kreditləri vermələri ilə bağlıdır. Böhran nəticəsində, xarici investorlar bu banklara əlavə investisiyalar təqdim etməkdən imtina ediblər.

Azərbaycan banklarında sekyuterizasiya metodu ilə ipoteka kreditləşməsnin tətbiqi dövlət səviyyəsində ümumi proqramın və qanunun qəbulundan sonra mümkün olacaq.

Qanunvericiliyin təkmilləşdirilməsi və AİF-in institutional potensialının artırılması üzrə tədbirlər BMK-nın texniki yadım layihəsinin II fazası çərçivəsində aparılır. Layihə maliyyə korporasiyası və İsveçrənin iqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (State Secretariat for Economic Affairs - SECO) ilə birgə maliyyələşdirilir. Regional olmasına və Mərkəzi Asiya və Azərbaycanı əhatə etməsinə baxmayaraq, SECO-nun vəsatiləri yalnız Azərbaycan üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti