...

Bakı Fond Birjasında DQİ-lərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend / Martın 18-dək 11:00-dan 12:30-dək Bakı Fond Birjasında, qeydiyyat nömrəsi 10500720S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək, - birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 363 gün, ödəmə tarixi - 2009-cu il fevralın 17-sidir.

Hərrac zamanı, DQİ buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti