Azərbaycan, Lənkəran, 22 fevral / Trend , müxbir P.Əliyeva / Yardımlı-Lerik ərazisində (Azərbaycanın cənubunda, İranla sərhəd yaxınlığında) gömrük-buraxılış məntəqəsinin yaradılması təkcə Azərbaycanın istəyindən deyil, həm də İranın marağından asılıdır, - cümə günü Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Biz araşdırmalar apardıq, beynəlxalq ekspertlərlə məsləhətləşdik, onlar da, bizim kimi, məntəqələrin yaradılmasını məqsədəuyğun hesab edirlər", - o deyib.
Məntəqələrin yaradılmasına dair müraciət, ölkə hökumətinə bir neçə il bundan əvvəl edilib, lakin İran tərəfindən müsbət cavab alınmayıb, "məsələ açıq olaraq qalmaqdadır", - Əliyev deyib.
Komitə sədri bildirib ki, "Xudafərin" gömrük-buraxılış məntəqəsinin bərpasına dair müzakirələr uğurla nəticələnməyib, baxmayaraq ki, Azərbaycan bu məsələ üzrə İrana dəfələrlə müraciət edib.
Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi dövlət proqramına əsasən, gömrük-buraxılış məntəqələrinin yenidən qurulması nəzərdə tutulur. Bir neçə ay ərzində Biləsuvarda və Astarada bu məntəqələr istismara verilib.