...

Azərbaycanın yeni pensiya sistemi əhalinin ən zəif təbəqəsinin ehtiyaclarını təmin edəcək - ABŞ səfiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 15:06 (UTC +04:00)
Azərbaycanın yeni pensiya sistemi əhalinin ən zəif təbəqəsinin ehtiyaclarını təmin edəcək  - ABŞ səfiri

Azərbaycan, Bakı, 25 fevral / " , müxbir U.İsmayılova/ ABŞ-ın Ticarət və İnkişaf Agenetliyi (USTDA) tərəfindən ayrılan vəsait Azərbaycanda pensiya islahatlarına texniki yardımın maliyyələşdirilməsi və milli pensiya sisteminin tətbiq edilməsinə istiqamətlənəcək. Bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi bildirib.

"Bu gün imzalanan qrant müqaviləsi bütün vətəndaşların enerji resurslarından xeyir götürməsi və ölkədə uzunmüddətli inkişafın təmin edliməsində ABŞ-ın Azərbaycan qarşısındakı öhdəliklərinin zəmanətidir" - deyə Dersi bildirib.

Bu gün Azərbaycanın Sosial Müdafiə Fondu və USTDA pensiya sisteminin islah edilməsi layihəsi üçün 600 min dollar həcmində qrantın ayrılması barədə müqavilə imzalayıb. Layihənin ümumi dəyəri 1,111 mln. dollardır. İslahatlar Azərbaycanda yığım komponentli pensiya sisteminin tətbiq edilməsini nəzərdə tutur.

Dersinin sözlərinə görə, Azərbaycanda tətbiq ediləcək yeni pensiya sistemi əhalinin ən zəif təbəqəsinin ehtiyaclarını təmin edəcək və gələcək nəslin pensiya ilə təmin edilməsi üçün şərait yaradacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti