...

BB-da IDP EDSP layihəsinə əlavə kreditlərin təsdiqlənməsi tarixi təyin edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Bankın Direktorlar Şurasının martın11-nə təyin olunmuş iclasında məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması (IDP EDSP) layihəsinin genişlənməsinə verilən kreditin təsdiqi gözlənilir. Bu haqda Bankın Bakı nümayəndəliyindən məlumat verilib. Bank əlavə maliyyələşdirməyə 15 mln.dollar vəsait ayırmağa hazırdır. Layihədə dövlətin iştirak payı 5 mln. dollardır. Layihə üzrə danışıqlar fevralın 27-28-də keçirilib.

Əlavə kreditlər Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Sosial Fondunun həyata keçirdiyi məcburi köçkünlərin mikrolayihələrinə nəzərdə tutulub. Mikrolayihələr - yolların yenidən salınması, elektrik təchizatı, su təchizatı, artezian quyularının qazılması sahələrində gerçəkləşdiriləcək.

Beynəlxalq Bankın kreditləri Beynəlxalq İnkişaf Asossasiyasının (BİA) son kvotası sahəsinə ayrılacaq. Kvotanın ümumi həcmi 131 mln.dollardır.

2008-cü il iyulun1-nə başlayan 2009 maliyyə ilinin göstəriciləri nəzərə alınmaqla, Azərbaycana olan güzəştli kreditlərin verilməsinə başlanılacaq. Dövlət son imkandan istifadə etmək qərarına gəlib və bankdan IDP EDSP layihəsi üçün əlavə vəsait istəyib. 2005-ci ilin fevralın15-də keçirilmiş Bankın Direktorlar Şurasının iclasında təsdiq olunmuş sonuncu kredit 11,5 mln. dollar məbləğində olub. Bu vəsaitlər 35 il müddətinə, 10 il müddətin uzadılması və 0,75 faiz tariflə veriləcək.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti