...

Azərbaycan sənayesində yeni dövr başlanır – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2008 11:41 (UTC +04:00)
Azərbaycan sənayesində yeni dövr başlanır – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 3 mart / " , A.İsmayılova/ Azərbaycan sənayesində yeni dövr başlanır. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərində poladtökmə kompleksi və alüminium zavodunun təməlqoyma mərasimində bildirib. "Bu gün imzalanan müqavilə Azərbaycan sənayesinin inkişafına yardım göstərəcək" - deyə prezident Əliyev bildirib.

Gəncə şəhərində yeni poladtökmə kompleksi və alüminium zavodunun satışı və lazımi avadanlıqla təchiz edilməsi, eyni zamanda tikintinin xarici şirkətlər tərəfindən maliyyələşdirilməsinə dair müqavilə imzalanıb. "Det.Al Limited" şirkətinin alüminium zavodu Çinin CNEC şirkətinin iştirakı ilə tikiləcək. İnvestisiya dövrü 2008-2009-cu illəri əhatə edir. Bu dövr ərzində istehsal gücünün artırılmasına yatırılacaq kapital təqribən 230 mln. dollar təşkil edəcək.

Prezidentin sözlərinə görə, poladtökmə kompleksi və alüminium zavodunun tikintisinə dair razılaşma Azərbaycanın qeyri-neft sektoruna yatırılacaq iri həcmli investisiya olacaq və ümumilikdə 1 mlrd. dollar təşkil edəcək.

Yeni istehsal gücü zavodun imkanlarını ildə 60 min ton artıracaq və ümumi istehsal həcmini ildə 160 min ton alüminiuma çatdıracaq. Tikinti zamanı ən qabaqcıl avadanlıqların tətbiq edilməsi ətraf mühitə təsirin (98%-ə qədər tullantı havaya buraxılmayacaq) əhəmiyyətli dərəcədə azalmasına imkan yaradacaq, həmçinin müəssisənin enerji həcmini artıracaq, yəni hər min ton məhsula görə 13600 kilovatt-saat elektrik enerjisi sərf olunacaq. Bu göstərici hazırda MDB məkanında mövcud olan analoji zavodların enerji həcmindən 6 min kilovatt-saat elektrik enerjisi azdır.

"Bu gün xarici şirkətlər Azərbaycanda işləmək üçün səy göstərirlər" - deyə prezident Əliyev vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan güclü sənaye potensialı yaratmaq, həmçinin beynəlxalq təşkilat və strukturlarla əməkdaşlıq etmək niyyətindədir.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanda sənaye sektorunun inkişafı üçün çox işlər görülüb.

"Lakin bu iki yeni müəssisə vəziyyəti tamamilə dəyişəcək" - deyə prezident əlavə edib. Ölkə başçısı bundan sonra digər xarici şirkətlərin də Azərbaycanda işləmək və investisiya yatırmaq istəyəcəyinə əmin olduğunu ifadə edib.

Prezident bildirib ki, 1993-cü ildən Azərbaycan iqtisadiyyatına 46 mlrd. dollar həcmində itnvestisiya yatırılıb. Onun sözlərinə görə, alüminium zavodunun fəaliyyətə başlaması kiçik sahibkarların fəaliyyəti üçün əlverişli şərait yaradacaq.

Prezident dövlətin cari ildə infrastrukturun inkişafına 3,5 mlrd. dollar yatırmaq niyyətində olduğunu vurğulayıb. O əlavə edib ki, dövlət ölkədə biznes strukturunun inkişafında maraqlıdır.

"Biz investisiya yatıra bilərik, lakin istəyirik ki, bunu biznes-strukturlar etsin" - deyə ölkə başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti