...

Asiya İnkişaf Bankının layihəsi üzrə məsləhətçinin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend / Azərpbaycan Nəqliyyat Nazirliyinin "Azeryolservis" Səhmdar Cəmiyyəti Şərq-Qərb avtomobil yolunun modernləşdirilməsi layihəsi üzrə məsləhətçi-şirkətin cəlb edilməsi məqsədilə müsabiqə elan edib,- nazirlikdən verilən məlumatda deyilir.

Layihə yol sektorunun institusional cəhətdən möhkəmləndirilməsi məqəsdilə realizə edilir.

Məsləhətçi yollara texniki xidmət göstərilməsi, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, layihənin idarə və realizə edilməsi vəzifələrini yerinə yetirməlidir. İşlər Asiya İnkişaf Bankının kreditləri çərçivəsində həyata keçiriləcək.

Layihənin icrası iyul ayından gec olmayaraq başlanılmalıdır və il boy davam etdiriləcək. Təkliflər bu ilin martın 28 - dək təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti