...

Amerikanın "BKR International" auditor şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Bədəlova/ Amerikanın "BKR International" audit şirkətinin Azərbaycanda "BKR ISIK Consulting" nümayəndəliyi açılıb.

Nümayəndəliyin açılış mərasimində Azərbaycanın Auditorlar Palatasının sədri Vahid Novruzov Azərbaycanın xidmət bazarında sağlam rəqabətin aparılmasında yeni nümayəndəliyin açılmasının və xarici təcrübənin audit sahəsində tətbiqinin böyük rolunu qeyd edib.

Novruzov bildirib ki, Azərbaycanda təxminən10 əcnəbi audit təşkilatının nümayəndəlik və filialları fəaliyyət göstərir.

Açılışda iştirak edən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, hazırda Azərbaycanın audit sektorunda beynəlxalq standartlar səviyyəsinə yaxınlaşdırılması sahəsində işlər gedir.

"Yeni nümayəndəlik qısa müddət ərzində maliyyə bazarında öz yerini tutacaq. Biz istəyirik ki, Azərbaycan maliyyə şəffaflığına malik ölkə kimi tanınsın" - deyə Səmədzadə bilidirib.

Auditor Palatasının sədri qeyd edib ki, sentyabr ayında Azərbaycan İqtisadiyyatçılar İttifaqı Auditolarlar Palatası ilə birgə "Nəzarətin şəffaflığının atırılmasında rolu və əhəmiyyəti" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Dünyanın aparıcı audit şirkəti olan "BKR International" 1989-cu ildə ABŞ-da yerləşən Milli "CPA Group" və Avropanın "DHR İnternational" təşkilatının bəzi üzvlərinin birləşməsi nəticəsində yaranıb.

"BKR International BKR ISIK"-ın Türkiyə nümayəndəliyi hazırda dünyanın səkkiz ölkəsində və 200 bölgəsində fəaliyyət göstərir və 20 ən iri audit şirkətlərindən biridir.

Müəlliflə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti