...

Kubanın Ticarət Palatasının prezidenti Azərbaycanla iqtisadi münasibətlərin inkişafı məsələsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Ramazanova/ Kubanın Ticarət Palatasının prezidenti Raul Bestsera ticari-iqtisadi əlaqələrin qaydaya salınması üçün mayın 15-16-da Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Kubanın Azərbaycandakı səfir işləri üzrə müvəqqəti vəkili Marselo Kabalerro Tores bildirib.

"Kuba Azərbaycan da daxil olmaqla, bir çox ölkələrlə ticarət münasibətlərini bərpa edir" - deyə o bildirib.

Ötən ilin sonlarında Havanada keçirilən ikinci regional biznes-forum çərçivəsində Kuba və Azərbaycan şirkətləri arasında Azərbaycan çaxırı, konyakı və digər spirtli içkilərinin Kubaya satışına dair niyyət protokolu, həmçinin Kubadan Azərbaycana rom və siqarın idxalına dair protokol imzalanıb. Kubaya səfər çərçivəsində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndə şheyəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti