...

Azərbaycan dünyada iqtisadiyyatın daha yüksək artım templərinə malik ölkə kimi qalmaqdadır – Aİ-nin hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 20:44 (UTC +04:00)
Azərbaycan dünyada iqtisadiyyatın daha yüksək  artım templərinə malik ölkə kimi qalmaqdadır – Aİ-nin hesabatı

Azərbaycan, Bakı, 03 aprel / Trend ,müxbir A.Bədəlova/ Azərbaycan iqtisadiyyatının inkişaf tempi 2006- cı ilin 34,5 faizindən 2007-ci ildə 24,7 faiz aşağı düşüb.Bununla belə,Azərbaycan keçən il müddətində ən yüksək iqtisadi inkişaf tempinə malik ölkələr sırasındadır. Bu barədə cümə axşamı Azərbaycanın 2007-ci ildə qatıldığı Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ-nin Avropaya inteqrasiyası templəri haqqında hesabatında məlumat verilir.

" İqtisadiyyatın əsas inkişaf gücü karbohidrogen sahəsidir ki, bura 90 faizdən çox ÜDM daxildir" - hesabatda göstərilir. İnkişaf , əsasən, qeyri-neft sektoru xidmətləri və tikinti hesabına 2007- ci ildə 11,3 faiz artıb ki, bu da 2006-ci ilin artım tempindən azdır.

Hesabatda deyilir ki, 2007-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 16,7 faizi təşkil edib. " İnhisar strukturlarının üstünlük təşkil etdiyi idxal bazarında məhdudlaşdırılmış rəqabət, qonşu ölkələrin qiymətləri ilə müqayisədə, Azərbaycana idxal olunmuş məhsulların yüksək qiymətlərini izah edə bilər" - Aİ-nin hesabatında deyilir.

Azərbaycanın ÜTT -yə daxil olmasına gəldikdə isə, Aİ nail olunmuş tərəqqini xüsusilə qeyd edir. "Türkiyə, Gürcüstan və Moldova ilə xidmət və məhsul üzrə danışıqlar başa çatdırılıb və Avropa İttifaqı, ABŞ, Yaponiya, Kanada və Koreya ilə danışıqların son mərhələdədir"

Hesabatda deyilir ki, ölkədə "Şahdəniz" yatağından hasil olunan neft və qazın artrılması nəticəsində, ÜDM artımı ciddi nəzərə çarpır. "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan yüngül neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilir. "Şahdəniz" yatağından qaz hasilatının başlanması, Aİ bazarlarına Türkiyə-Yunanıstan qaz kəməri vasitəsilə yanacağın ixracına imkan yaradır.

" Azərbaycan Qdanskadək uzanan Odessa-Brodı neft kəmərinin genişləndirlməsi ilə bağlı, Gürcüstan, Polşa, Litva və Ukrayna ilə birgə əməkdaşlıq barəsində razılığa gəlib. Bu, Aİ-in enerji təhlükəsizliyi üçün mühüm olan Xəzər neftinin tədarükünü artırmağa imkan yaradacaq".

Xəbər lenti

Xəbər lenti