Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" SC Ələt qəsəbəsində (Bakıya yaxın) 818 MVt gücündə özəl istilik elektrik stansiyasının tikintisi layihəsində 25 faizədək iştirak payı almağa hazırdır. Bu barədə AİŞ icraçı direktorunun müavini Riad Qasımov məlumat verib. Layuihə üzər əsas səhmdar olan Cənubi Koreyanın KEPKO şirkəti texniki-iqtisadi əsaslandırmanı hazırlayıb. TİƏ-a əsasən, istlilik elektrik stansiyası 640 mln. manat (523 mln. avro) qiymətləndirilir.
"Biz KEPKO-nun layihəsində iştirak etməyi çox istəyirik və bizim bu niyyətlərimiz onunla imzalanmış memorandumda öz əksini tapıb, - Qasımov qeyd edib. Hazırda hökumətlə KEPKO-nun layihəsinin müzakirəsi gedir və biz bu məsələyə dair onun qərarını gözləyirik".
Onun sözlərinə görə, bu layihə AİŞ-i çox maraqlandırır və o, investisiya şirkətinin indiyədək iştirak etdiyi ən iri layihə olacaq.
AİŞ-in iştirak payı $80 mln. təşkil edəcək. Ümumilikdə Kepko layihənin dəyərinin 30 faizini (bu vəsaitin 25 faizi AİŞ tərəfindən yatırılacaq) cəlb edilmiş kreditlər hesabına maliyyələşdirmək niyyətindədir. Bu layihə üzrə bütün təşkilati sənədlər hazırlıq mərhələsindədir və hökumətin qərarından sonra imzalanacaq.
Onun səfəri mayın 19-a təyin edilib.
"Cənubi Koreyanın Baş naziri Han Sın Sunun (Han Seung-soo) Azərbaycana səfərindən sonra hökumətin bu məsələyə dair mövqeyinin aydınlaşacağı ehtimalı böyükdür", - Qasımov bildirib.
Kepko-nun təklifləri Azərbaycan tərəfindən qəbul edildiyi halda, elektrik stansiyası 3, - 3,5 il müddətində tikiləcək.
Layihənin dəyəri 640 mln. manat (523 mln. avro) qiymətləndirilir. Layihənin hazırlanmış texniki-iqtisadi əsaslandırmasına əsasən, stansiya iki qaz və bir buxar turbinindən ibarət olacaq. Faydalı iş əmsalı 57,27 faiz qiymətləndirilir.
Stansiyada müasir qaz turbinlərindən istifadə nəticəsind,ə 1 kVt/s elektrik enerjisinin alınması üçün 0,185 kubmetr təbii qazdan istifadə etmək nəzərdə tutulur ki, bu da 1 kubmetr qazdan 5,4 kVt/s enerji alınması deməkdir. Stansiyanın 1 kVt gücünün "açar altında" tikintisi üçün 783 manat (640 avro) sərf ediləcək.
Belə layihənin Azərbaycan və bütün post-sovet məkanında birinci dəfə reallaşdırıldığını nəzərə alaraq, layihənin qiymətləndirilməsi üçün İİN beynəlxalq ekspertləri dəvət edib. Fransanın BNP Paribas bankı maliyyə məsləhətçisi, Allen & Overy - hüquqi məsləhətçi, MottMacDonald - texniki və Azərbaycanın MGB yerli hüquqi məsləhətçi kimi cəlb edilib.
Şirkət tərəfindən tikinti və idarə müddəti 25 ilə təqdim edilib ki, bu da normal dünya təcrübəsidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]