...

Rusiya prezidentinin may ayında Astanaya səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 18:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 may / Trend , müxbir K.Konırova/ Rusiyanın yeni prezidenti Dmitri Medvedevin Qazaxıstana səfəri mayın 22-23-nə nəzərdə tutulub. Bu barədə bazar ertəsi Astanada keçirilən brifinqdə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Erjan Aşikbayev məlumat verib. "Dmitri Mendvedevin Rusiya dövlətinin yeni prezidenti qismində ilk xarici səfərini məhz Qazaxıstana etməsi ölkələrimizin straiteji tərəfdaşlığının yüksək səviyyədə olamsının təsdiqidir", - deyə o bildirib.

Aşikbayevin sözlərinə görə, səfər zamanı ikitərəfli əməkdaşlıq məsələri ətraflı müzakirə olunacaq.

Qazaxıstan XİN-in məlumatına görə, 2007-ci ildə Qazaxıstan və Rusiya arasında mal dövriyyəsi 16,3 mlrd. dollar təşkil edib. Bu göstərici 2006-cı il ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin birici rübündə ölkələr arasında mal dövriyyəsi, ötən ilin analoji dövr göstəricilərinə nisbətdə 26 faiz artaraq, 4,13 mlrd. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti