...

Dünya maliyyə bazarının vəziyyəti normallıqdan uzaqdır – ABŞ FES-in rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir A.Bədəlova/ ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke Bloomberg telekanalının efirində çıxışı zamanı bildirib ki, dünya maliyyə bazarlarının hazırki vəziyyəti "çox da normal deyil".

Bernankenin çərşənbə axşamı bildirdiyinə görə, maliyyə böhranının həll edilməsi üçün şirkətlərə bir qədər vaxt lazımdır.

İpoteka bazarında böhranın aradan qaldırılması üçün ABŞ FES sentyabrın ortalarından dərəcəni 3,25 faiz azaldaraq, 2 faizə endirib. Eyni zamanda, Avropa Mərkəzi Bankının rəhbərliyi bildirib ki, əsas faiz dərəcəsini dəyişmək niyyətində deyil və onu 4 faiz səviyyəsində saxlayacaq.

Bernankenin sözlərinə görə, FES-in səyləri nəticəsiz deyil. Bernanke bildirib ki, FES banklara borc verməyə hazırdır.

"Maliyyə bazarındakı problemlər həll edilməmiş qalıb və biz maliyyə inkişafı üçün kreditlərin verilməsinin həcmini artırmağa hazırıq", - Bernanke bildirib.

FES başçısı bildirib ki, Federal Sistem vəziyyətin yaxşılaşdırılması imkanlarını nəzərdən keçirir və bazar likvidliyi riskllərinin idarə edilməsinə münasibətdə tətbiq edilən siyasətin yenidən nəzərdən keçirilməsi yolu ilə "mənəvi təhlükəni" həll etməyə çalışır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti