...

Azərbaycanın kənd təsərrüfatının kreditləşdirilməsi üzrə layihə çərçivəsində 1600 - dən çox borc alanlar qrupu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir A.Bədəlova/ 2008-ci ilin aprel ayınadək İcra Kredit Agentliyi (IKA) tərəfindən "Azərbaycanın kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" proqramı çərçivəsində 1615 borc alanlar qrupu yaradılıb. Bu barədə cümə axşamı Azərbaycanın Kredit İttifaqları Assosiasiyasının (AKIA) yubiley konfransında IKA-nın baş direktoru Məcid Aslanov bildirib.

IKA 2002-ci ildə Dünya Bankının kənd təsərrüfatının kreditləşdirilməsi üzrə layihəsinin reallaşıdırlması məqsədilə yaradılıb. Bu layihə çərçivəsində 40 mindən çox fiziki şəxs kredit əldə edib. Layihənin əsas məqsədi kredit ittifaqlarının yardımı ilə kənd təsərrüfatının inkişaf etdirilməsidir.

Əsədov bildirib ki, bu layihə çərçivəsində, Azərbaycanın beş rayonunda (NMR, Masallı, Şəki, Gəncə və Beyləqan) kredit ittifaqları yaradılıb.

Əsədov bildirib ki, layihənin birinci mərhələsi dörd ili əhatə edib, bu il layihə ikinci inkişaf mərhələsinə keçir.

Dünya Bankının nümayəndəsi Rufiz Çiraqzadənin sözlərinə görə, layihənin birinci mərhələsinin reallaşdırılması prosesində əsas diqqət kredit ittifaqlarının keyfiyyətinə ayrılıb, kreditlərin əldə edilməsi səviyyəsi yaxşılaşdırılıb. Onun sözlərinə görə, birinci fazada əhəmiyyətli dərəcədə uğurlar əldə olunub, kredit ittifaqlarının lizenziyalaşdırılması üzrə potensial hüquqi normalar hazırlanıb, o cümlədən borc alanlar qrupu vasitəsilə kreditləşdirmə metodikası da əldə edilən nailiyyətlərdən biri hesab olunur. İkinci mərhələdə əsas diqqət kredit ittifaqlarının genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldiləcək.

AKIA Azərbaycanda fəaliyyət göstərən 78 kredit ittifaqından 51-ni özündə birləşdirir.

Cari ilin fevral ayı ərzində AKIA-ya üzv 51 kredit ittifaqı payçılarına ümumi məbləği 1 mln. 370 min manat olan 480 kredit verilib. Cari ilin mart ayına olan göstəriciyə görə, AKIA-ya üzv kredit ittifaqlarının ümumi Nizamnamə kapitalı 4 004 623.7 manat təşkil edib. Göstərilən dövr ərzində kredit ittifaqlarının ümumi kredit portfeli 38 860 920 manat təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti