...

2009-cu ildən Rusiyada inflyasiyanın birrəqəmli səviyyəyədək azalacağı gözlənilir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/ Trend , müxbir İ.Xəlilova/ Rusiya hökuməti 2009-11-ci illərdə inflyasiyanın artım templərinin 10 faizdən aşağı səviyyəyədək azaldılmasına dair tədbirlər görmək niyyətindədir və bu vəzifələr iqtisadiyyatın qabaqcıl inkşafı ssenarisində qarşıya qoyulub. Bu barədə cümə axşamı "Vesti" telekanalının efirində, hökumətin iclasının yekunlarına dair mətbuat konfransında RF iqtisadi inkişaf naziri Elvira Nabiullina məlumat verib.

"Hökumətin əsas vəzifələrindən biri inflyasiyanın azaldılmasıdır və biz bu gün bu məsələni hökumətin iclasında fəal şəkildə müzakirə etmişik", - nazir bildirib.

İqtisadi İnkişaf Nazirliyi proqnoz qiymətləndirmələrində 2008-ci ildə inflyasiyanın qiymətləndirilməsini artırıb. O, 9-10,5 faiz təşkil edib. Nabiullinanın rəyinə görə, dünya bazarlarında ərzaq mallarının qiymətlərinin sabitləşməsi ilə əlaqədar, inflyasiyanın artım tempinin bu səviyyədə saxlanılmasına imkan var.

İnflyasiyanın azaldılmasının əsas potensialı sikkə faktorudur və o, artıq tam mənası ilə işləyir. Bununla əlaqədar, Rusiya hökuməti inflyasiyanın bu səviyyədə saxlanılmasını mümkün hesab edir.

"Maskimal hədd 2009-cu ildə 7,5 faiz, 2010-cu ildə 7 faiz, 2011-ci ildə isə 6,8 faiz olmaqla, inflyasiya templərinin azaldılmasını növbəti ildən qarşımıza məqsəd qoyuruq, - nazir bildirib. Bu ciddi vəzifədir. Belə ki, dünya inflyasiyasının bütün xarici təzyiqini nəzərə alaraq, buna avtomatik nail olmaq mümkün deyil. Belə ki, bizim iqtisadiyyatımız bir çox mallar üzrə idxaldan asılıdır".

Onun sözlərinə görə. ölkə hökuməti antiinflyasiya tədbirləri planı hazırlayır. O, pul-kredt və büdcə siyasətində həyata keçiriləcək tədbirləri də əhatə edəcək kompleks plandan ibarətdir. Bu plan çərçivəsində, qeyri-sikkə faktorlarının inflyasiyaya təsirini azaltmağa imkan verəcək struktur xarakterli tədbirlər nəzərdə tutulur.

Rusiya hökuməti, inflyasiyanin artım templərinin məqsədli göstəriciləri nəzərə almaqla, təbii inhisarların xidmətlərinə olan tariflərin artırılmasını təklif edir. Nazir, təbii inhisarların tariflərinin artım templərinə yenidən baxılmasına ehtiyac görmür.

"Bu çətin, lakin balanslaşdırılmış qərardır. Biz tariflərin artımı üzrə qərar qəbul edərkən, təbii inhisarların investisiya tələbatlarını, iqtisadiyyatın infrastruktur xarakterli zəruri xidmətlərlə təmin olunması üçün energetikanın, nəqliyyatın inkişafı zəruriliyini nəzərə almalıyıq, - nazir hesab edir. Bilirik ki, bir çox istehsallar energetikaya çıxışın, zəruri istehsal gücünün olmamasına görə başlamır və bu mənada, tariflərin artırılması tamamilə əsaslandırılıb. Belə ki, biz infrastruktur xarakterli vacib sektorların inkişafı üçün ehtiyat veririk".

Nabiullinanın rəyinə görə, hökumət tariflərin artırılması enerji qənaətinə müsbət şərait yaratsa da, bu, bütün iqtisadiyyatın xərclərinə təsir edəcək. Bu gün Rusiya enerjiyə olan tələbat və xərclər baxımından ən çox xərc çəkən ölkələrdəndir.

Xəbər lenti

Xəbər lenti