...

Bakı Fond Birjasında Milli Bankınnotlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2008 03:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend / Mayın 21-də Bakı Fond Birjasında Milli Bankın 50102019S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 35 000 000 manat, hərraca çıxarılan həcm 25 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın çərhənbə günü yayılan məlumatında deyilir.

4 investor tərəfindən təklif edilən sifarişlərin nominal üzrə ümumi məbləği 7 216 800 manat təşkil edib. Sifarişlər 99.21% (gəlirlik 10.24%) - 99.23% (gəlirlik 9.98%) qiymət intervalında təqdim edib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.21% (gəlirlik 10.24%) orta ölçülmüş qiymət - 99.22% (gəlirlik 10.11%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 503 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 7 216 800 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 18 iyundur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti