Türkiyə, Ankara, 03 iyun / Trend , müxbir A.Ələsgərov/ Türkiyənin Birjalar və Palatalar Birliyi Baş Assambleyasının (TOBB) 63-cü iclasında iştirak edən Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatında vəziyyətlə bağlı məruzə ilə çıxış edib.
"Star" qəzetinin verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, onun rəhbərlik etdiyi hökumət iqtisadiyyatda populizmlə məşğul olmağa hazırlaşmır.
O qeyd edib ki, dünyada son illər öz əhəmiyyətini mühüm dərəcədə yüksəltməyi bacaran Türkiyəyə olduqca böyük diqqət yetirirlər.
"2008-ci ildə Türkiyədə adam başına düşən gəlir 10 min dollar təşkil edib və hökumət bu göstəricini 15 min dollara çatdırmaq üçün böyük səy göstərir", - deyə Ərdoğan bildirib.
Türkiyənin may ayında ixracatı 12 milyard 281 milyon dollar təşkil edərək, aylıq ixracat səviyyəsinə görə bu ölkənin tarixində rekord göstəriciyə çatıb. Bu, Türkiyənin 1989-cu ildəki illik ixracatından (11,6 dəfə) çoxdur. May ayının göstəriciləri ilə billikdə Türkiyənin son 12 aylıq ixracatı 28.42 faiz artaraq, 120 milyard dolları keçib.