...

QTİB Azərbaycan bankı üçün ipoteka krediti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir Ü.İsmayılova/ Yarımdövlət "Kapital Bank" və Qaradəniz Ticarət və İnkişaf Bankı (QTİB) çərşənbə axşamı Bakıda ipoteka maliyyələşdirməsi üçün $12 mln. məbləğində kreditin ayrılmasına dair saziş imzalayıblar.

Azərbaycan bankının adından sazişi "Kapital Bank"ın İdarə Heyətinin sədri Rauf Rzayev, QTİB-dən bankda maliyyə institutları üzrə direktor Andrey Butin imzalayıblar.

Sazişin imzalanması zamanı Rzayev bildirib ki, kredit Qaradəniz Bankı tərəfindən altı il müddətinə verilib. Bankın ipoteka kreditləri üzrə təqribi illik dərəcə 12-13 faiz təşkil edəcək. İpoteka proqamı üzrə kreditin maksimal məbləği 300 min avro təşkil edir.

Rzayev bildirib ki, vəsaitlər 11 tranşla qaytarılacaq. QTİB-ə birinci tranş 1 ildən sonra daxil olacaq. "Kapital Bank" QTİB-ə ümumilikdə 14,4 mln. manat qaytarmalıdır ki, bunun 2,4 mln. manatın fazilər təşkil edəcək.

Hazırda banklar mənzil alqısına özlərinin ipoteka proqramları çərçivəsində kredit ayırırlar. Belə ki, Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu vəsait çatışmazlığına görə ötən ilin yayından yeni ipoteka kreditlərinin verilməsini dayandırıb. İndiyədək büdcə vəsaitləri hesabına AİF tərəfindən 15 ilədək müddətlə və illik 4 faizdən 8 faizədək dərəcə üzrə 46 mln. kredit verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti