...

Azərbaycan MDB ölkələri arasında dövlət kapitalının yüksək paya malik olduğu bank sistemlərinin birinci modelinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 15:46 (UTC +04:00)
Azərbaycan MDB ölkələri arasında dövlət kapitalının yüksək paya malik olduğu bank sistemlərinin birinci modelinə daxil edilib

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan MDB ölkələri bank sisteminin - dövlət kapitalının yüksək paya malik olduğu sistemin birinci modelinə daxil edilib. "İnterfaks-ÇEA"nın ekspertləri Birlik ölkələrinin milli maliyyə sistemlərinin dayanıqlılığının qiymətləndirilməsini apararkən belə nəticəyə gəliblər. Nəticə belədir ki, maliyyə sarsıntılarına real dayanıqlılığa xarici kapitalın iştirakı ilə özəl bankların əsas rol oynadıqları bank sistemləri malikdir.

Tədqiqatlara əsasən, dövlət banklarının yüksək iştirak payı Belarus (71,7 faiz), Azərbaycan (54,5 faiz), Özbəkistan və Türkmənistanın (90 faizdən çox) bank sistemlərində müşahidə olunur. Azərbaycanda, həmçinin, xarici kapitalın iştirakı genişlənir və respublikada fəaliyyət göstərən 46 bankdan 21-də xarici kapitalın iştirak payı var. Yalnız Qazaxıstan və Moldovada ən iri banklara özəl milli kapital tərəfindən nəzarət edilir.

Rusiya, Qazaxıstan və Ukraynanın bank sistemləri ümumilikdə MDB akvitlərinin böyük hissəsini formalaşdırırlar. 2008-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın Beynəlxalq Bankı $3 076,2 mln. təşkil edən aktivlərinin həcmi və $290,4 mln. məbləğində şəxsi kaptialına görə, MDB-nin 1000 bankı arasında 60-cı yeri tutur. Birinci yerdə Rusiyanın $200 442,3 mln. aktiv və $25 779,6 mln. kapitala malik Əmanət Bankı dayanır.

Bu siyahıya Azərbaycanın Bank Standard-ı $732,9 mln. aktiv və $86,1 mln., kapitalla 178-ci, UNIBank - $460,9 mln. aktiv və $58,5 mln. kapitalla 247-ci, Xalq Bank - 248 yer ($250,9 mln. və $58,3 mln. sootvetstvenno), TexnikaBank - 315-ci yer ($419,3 mln. və $43,6 mln.), Kapital Bank - 344-cü yer ($295,1 mln. və $38,8 mln.), AzerdemiryolBank - 381-ci yer ($176,9 mln. və $33,9 mln.), Bank Respublika - 422-ci yer ($299,6 mln. və $28 mln.), MFBA - 466-cı yer ($138,3 mln. və $24,1 mln.), AGBank - 500-cü yer ($188,8 mln. i $21,6 mln.), Bank of Baku - 502-ci yer ($176,5 mln. və $21,5 mln.), AtaBank - 571-ci yer ($132,9 mln. və $17 mln.), NikoilBank - 593-cü yer ($138,5 mln. və $16,2 mln.) və s. tuturlar.

MDB-nin aktivləri $100 mln.-u ötən ən çox kapitallaşmış 100 bankı arasında Azərbaycanın Xalq Bank-ı 79-cu yer tutur. Onun aktivlərində kapitalın payı 23,2 faiz təşkil edir.

MDB -nin aktivləri $100 mln.-u ötən ən yüksək sürətlə artan 100 bankı arasında UNİBank aktivlərin 184,8 faiz, kapitalın isə 188,6 faiz, dəyişməsi ilə 33-cü, Xalq Bank - 34-cü yer (müvafiq olaraq, 183,9 faiz və 463,9 faiz), TexnikaBank - 38-ci yer (169,9 faiz və 102,3 faiz), Bank Standard - 45-ci yer (148,1 faiz və 232,7 faiz), MFBA - 51-ci yer (143,5 faiz və 229 faiz), Bank Respublika - 61 faiz (131 faiz və 98,2 faiz) və Bank of Baku - 84-cü yeri (110,8 faiz və 39,4 faiz) tuturlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti