...

Bakı Banklararası Valyuta Birjası iyunun 9-na olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyunun 9-da USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8154 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8146 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 81 690 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb və 0,8146 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 669 380 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8154 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 4 600 000 ABŞ dolları və ya 3 751 070 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 150 000 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,81%, ABŞ dolları üzrə isə illik 16,81% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 5 000 000 AZN, müddəti 60 gün və faiz dərəcəsi 15,50% təşkil edən əqd qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti