Azərbaycan, Bakı, 09 iyun / Trend / İyunun 11-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
Notların dövlət qeydiyyat №-si - 50102319S, emissiyaların həcmi 20 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notlarin tədavül müddəti - 28 gün.
Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Ödəmə tarixi - 9 iyul.