...

CAREC ölkələri Bakıda regionda ticarət və nəqliyyatın inkişafına yardım strategiyasını müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 15:41 (UTC +04:00)
CAREC ölkələri Bakıda regionda ticarət və nəqliyyatın inkişafına yardım strategiyasını müzakirə edirlər

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir E.İsmayılov/ Proqramda iştirak edən ölkələr çərşənbə günü Bakıda öz işinə başlamış iclas çərçivəsində, $18 mlrd. dəyərində regionda ticarət və nəqliyyatın inkişafına yardım layihəsi üzrə CAREC-in (CAREC - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) Strategiyasını müzakirə edirlər.

Bu strategiyanın reallaşdırılmasına dair fəaliyyət planının müzakirə olunacağı iclas iyunun 12-dək keçiriləcək.

2008-ci ildə Bakıda CAREC-in tədbiri Azərbaycanın bu proqramda sədrliyi ilə əlaqədar keçirilir. Apreldə "Ticarət loqistikası və CAREC dəhlizlərinin səmərəliliyinin monitorinqi üzrə" seminarda nəqliyyat məsələləri üzrə ilkin məsləhətləşmələr keçirilib.

Bu görüşdə Bakı CAREC-ə üzv dövlətlərin ötən ilin sonunda təsdiqlənmiş regionda ticarət və nəqliyyatın inkişafına yardım proqramında, tikintisini təklif etdiyi ikinci nəqliyyat dəhlizində (Çin-Mərkəzi Asiya-Avropanı əhatə edir) yüklənmə mərkəzi kimi təklif edilib. Bu, Bakıda böyük loqistika mərkəzi yaratmağa imkan verəcək. Beləliklə, Çindən gətirilən bütün yüklər Azərbaycan sərhədindən daşınacaq, emal ediləcək və milli avtodaşıyıcılar tərəfindən daşınacaq.

Proqramda ümumi dəyəri $18 mlrd. olan və CAREC-də iştirak edən səkkiz dövlətin ərazisindən keçən altı nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur. Bu dəhlizlərdən birinci ola biləcək ikisi Azərbaycanı Qazaxıstan və Azərbaycanı Türkmənistanla birləşdirəcək və avtomobil, hava və dəmir yolu nəqliyyatının inkişafını nəzərdə tutur.

CAREC - səkkiz iştirakçı dövlətin (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, BVF, İİB, BMT İnkişafı Proqramı və Dünya Bankı) tərəfdaşlığıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti